Yan hakim Ramiz Əsədovun hoqqaları...

single-news
9 Mar 2009

Yan hakim Ramiz Əsədovun hoqqaları...



Hamı səhvə yol verir. Səhvsiz insan yoxdur.. Amma bu səhvin bilərəkdən edilməsi isə hər kəsin vicdanının öhdəsinə buraxılmalıdır...

Azərbaycan Premyer Liqasının son turu çərçivəsində T.Bəhramov adına stadionda baş verənləri isə vicdanın öhdəsinə buraxmaq sadəcə haqsızlıq olardi. Yan xətt hakimi Ramiz Əsədovun oyun boyu etdikləri hərəkətlər, açıq-aşkar qərəzli qərarlar bir komandaya qarşı edilmiş haqsızlıq deyil, 1 milyondan çox qaçqınımıza qarşı sayqısızlıq idi. Telviziya ilə canlı yayımlanan matçda `meydanın sultanı mənəm` kimi hərəkətlər edən Ramiz Əsədov nəinki işinin öhdəsindən layiqincə gəlmədi, əksinə işinə məsuliyyətsizlik etmənin ən yüksək nümunəsini göstərdi. 90 dəqiqəlik bir zaman kəsiyində ağzındakı saqqızla ekran qarşısında olan 8 milyondan çox  xalqımıza hörmətsizlik edən hakim bütün dünyaya yayımlanan AzTV izləyicilərinə xalqımız haqqında ən mənfi imic yaratdı...

Bəzi tv epizodlarına aşağıdakı linkdən baxa bilərsiniz. Bu, sadəcə 90 dəqiqənin müəyyən qismidir. Baxın, qiymət verin:

Ramiz Əsədovun hoqqaları
 

Paylaş

// pop up