Yaralı Azərbaycan derbisi:`Qarabağ` - `Traktorsazi`. 1:0 Bitdi

single-news
11 İyl 2012

Yaralı Azərbaycan derbisi:`Qarabağ` - `Traktorsazi`. 1:0 Bitdi




Yaralı Azərbaycan derbisi:`Qarabağ` (Ağdam) - `Traktorsazi` (Təbriz). 20:00-də. Canlı
`Qarabağ`ımız bugün Cənubi Azərbaycanın ən böyük komandası `Traktorsazi`ylə qarşılaşır. `Yaralı derbi`də `Qarabağ`ımızın start heyəti belədir:
Miro Varvodiç, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, NAmiq Yusifov, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmaylıov, Vaqif Cavadov, Rauf Əliyev

Tərəflər oyun öncəsi dostluq fotosu çəkdirdilər
1 – Oyun başladı
4 – matç oyunun mərkəzində cərəyan edir
6 – Əfran və Vaqif rəqib üçün təhlükəli olmağa başlayir
7 `- Raufa qarşı kobud oyun
10` -QOL !!  Vagif hesabı açır
15` - Rəşadın ötürməsindən sonra Rauf qapıçı ilə təkbətək qalsa da hakim oyundan kənar vəziyyət qeydə aldı
18` 0 Rəqib meydanın mərkəzində top saxlamağa çalışsa da ötürmələrində dəqiqlik çatmır
19` - Raufun son cinahda 2 oyunçunu arxada qoyaraq ötürməsini Maksim zərbə ilə tamamladı
20` - Masimin asmasını Riçard baş zərbəsi ilə başa vursa da dəqiqlik çatmadı
23` - Əfranın yandan drimblinqi və gözəl ötürməsini Rauf eyni gözəlliklə qapıya yönəltdi
25` - Oyunun bu dəqiqələrində topa komandamız nəzarət edir
29` - Vagifin künc zərbəsindən birbaşa qapıya zərbəsini qapıçı çətinliklə çıxara bildi
30`- İkinci ard-arda künc zərbəsindən sonra Riçardın qapıya zərbəsi dəqiq olmadı
31` - Mironun yerinə Fərhad qapıya keçir
35` - Əfranın yandan keçidinin qarşısını müdafiəçilər ala bildilər
36` - Traktorun ilk real qol vəziyyətinin qarşısını Fərhad kəsdi
39`- Raufun cərimə zərbəsi girişində 3 futbolçu arasında keçidinin qarşısı kobudluqla alındı
40`- Rəşadın zərbəsində azacıq dəqiqlik çatmadı
42` - Vagif rəqib müdafiəçilərin səhvindən sonra uzun keçid etsə də sonda ötürməsində dəqiqlik çatmadı
45` - İlk yarı başa çatdı
46 – İkinci yarıda komandamıv təmamilə dəyişdi:Fərhad, Eltun, Kamil, Zaur, İlqar, Hacı, Emin Mustafayev, Emin İmaməliyev, Muarem, Elnur, Bəxtiyar
49` - Təbrizlilər əsas heyətiylə daha çox hücum etməyə çalışır
50` - Qızılcahamamda yağış başladı
53` -  Bəxtiyar son anda Muaremın ötürməsinə çatmır
55` - Oyun meydanın mərkəzinə yönəldi
57 – Əla qol şansı. Emin Mustafeyvin zərbəsinı müdafiəçilər boş qapıdan çıxardır
61` - İmaməliyev sağdan cərimə meydançasına daxil olur, ötürməsini müdafiəçilər uzaqlaşdırır
63` - Fərhadın yerinə Osman meydana daxil olur
66` - Güneylilər fərqlənməyə yaxın olsalar da zərbə azacıq dəqiq olmadı
71` - Oyun meydanda gedir
74` - Toğrul Bilallı Muaremi əvəzləyir
76` - Emin Mustafeyin zərbəsini qapıçı dəf edir
82` - İlqar Qurbanov cərimə zərbəsini qapıçı zərərsizləşdirir
88` - Eltuna qarşı kobud oynayırlar
90` - Oyun başa çatdı. `Qarabağ`ımız 1:0 qələbə qazanır


 

Paylaş

// pop up