Yarımfinal hazır, çempionat davam

single-news
13 Mar 2009

Yarımfinal hazır, çempionat davam



`Qarabağ`ımız artıq məşqlərə başlayıb. Dünən yarımfinala vəsiqə qazanan komandamız ara vermədən hazırlığa başlayıb. Günün tək çalışması 12:00-da baş tutub. İlk 11-likdə meydana çıxan futbolçular kross qaçmaqla yanaşı məşqi `kvadrat` oynamaqla bitirib. Təxminən, 1,5 saat davam edən məşq yüksək əhval-ruhiyyədə keçib. Dünən fərqli səbəblərdən oyunda iştirak edə bilməyən Aslan Kərimov, Zekeriyya Ramazani, Aftandil Hacıyev, Sedat Şahin də çalışmada iştirak edib.

Adətən 2 gün qabaqdan oyun üçün `kamp` edən komandamız bu dəfə sadəcə 1 gün eyni məqsəd üçün toplşacaq. Baş məşqçi Qurban Qurbanov  futbolçulara bu gün evlərinə getməyə şərait yaradıb. Sabahdan etibarən isə bazaya yığışacaq komanda tək çalışmanı 11:00-da keçirəcək.

Paylaş

// pop up