YARIMFİNALDAN ƏVVƏL. . . VƏ SONRA ! ! !

single-news
4 May 2006

YARIMFİNALDAN ƏVVƏL. . . VƏ SONRA ! ! !



"Qarabağ" Futbol Klubunun ofisi daxilində bəzi yazılmamış qanunları hökm sürür. Onlardan biri ofisdə yerləşən yazı lövhəsinə hər tur və ya kubok oyunu öncəsi işçilərin proqnoz yazmasıdır. Məcburi olmayan bu "qanun" son "Qarabağ" - "Neftçi" oyunundan bir gün əvvəl də həyata keçdi. İlk olaraq, Klubun direktoru Emrah Çelikel "QARABAĞ" FİNALDA ! ! ! yazısını lövhəyə həkk elədi. Bir qədər sonra maliyyə işlər sorumlusu Murat Karaman öz imzası ilə hesabın 1:0 bitəcəyini proqnozlaşdırdı. Bu hesabla seleksioner məşqçi İlqar Əmirov da razılaşdı. Hətta seleksiyaçımız topun 80-90-cı dəqiqələr aralığında vurulacağını da qeyd etdi. Klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərov isə "Qarabağ"ın qələbəsinə inansada, nəticənin 2:1 olacağını lövhəyə yazdı.Oyun öncəsi günün müxtəlif vaxtlarında yazılan bu proqnozlar digər matçlara nisbətdə azlığı ilə seçildi. Buna səbəb isə, komanda üzvlərinin təlim məşq toplanışına başqa oyunlarla müqayisədə bir qədər tez yığışması oldu...

Paylaş