Yaşar Hüseynov, 50

single-news
9 Sen 2013

Yaşar Hüseynov, 50



`Qarabağ` Futbol Klubunun əfsanələrindən sayılan Yaşar Hüseynovun 50 yaşı tamam olub.  Onu  həqiqətən də `Qarabağ`ın rəmzi saymaq olar. Yaşar müəllim karyerasına `Qarabağ`da başlayıb. Və karyerası boyunca sadəcə komandamızın uğurları üçün tər töküb. Ən  çətin məqamda belə gələn  sərfəli təkliflərə baxmayaraq `Qarabağ`ı tərk etməyib.  Yaşar müəllim 1993-cü ildə Mayın 12-də Ağdamda, `İmarət` stadionunda vurulan sonuncu qolun da müəllifidir. O zaman 1:0-lıq qələbə hələki o torpaqdakı sonuncu oyun kimi tarıxdə qalıb.
Yaşar Hüseynov eyni zamanda 1993-cü ildə ilk çempionluq zamanı finalda  `Xəzər`ə(Sumqayıt) vurulan yeganə qola imza atıb. 38 yaşına kimi `Qarabağ`ın uyğurları üçün tər tökən solaxay yarımmüdafiəçi 276 dəfə `Qarabağ`ın formasında meydana çıxıb, 34  dəfə qola sevinib.
Karyerasını bitirdikdən sonra əsas komandada məşqçi kimi çalışan, Yaşar müəllum artıq neçə ildir ki,  əvəzedici komandaya başçılıq edir. Onun yetirmələri `Qarabağ`ın əsas komandasında və başqa klublarda çıxış edir.
`Qarabağ` Futbol Klubu 50 yaşlı yubilyara can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi və həyatını həsr etdiyi`Qarabağ`da bol-bol uğurlar qazanmasını arzulayır.

Paylaş

// pop up