YAŞAR HÜSEYNOV: ƏSAS MƏQSƏDİM FUTBOLÇU YETİŞDİRMƏKDİR
YAŞAR HÜSEYNOV: ƏSAS MƏQSƏDİM FUTBOLÇU YETİŞDİRMƏKDİR
Fasilələrarası dönəmdə, klubda baş verən dəyişikliklərdən sonra “Qarabağ-2” - ci komandanın baş məşqçisi Elşad Xudadatovun əsas komandaya keçməsi fonunda əks düşərgədən isəYaşar Hüseynov eyni posta gətirildi. Gənc çalışdırıcının baş məşqçi postunda debütü yetərincə uğurlu alındı. Görəsən, Yaşar bəy uğularının sirrini nə də görür? “Muğan”la görüşdən sonra çalışdırıcıdan bu və digər məqamlar barəsində söhbət etdik.
- Yaşar müəllim, “Qarabağ-2” cari mövsümdə ilk dəfə olaraq belə böyük hesabla qalib gəldi.
- Ümumiyyətlə, matç öncəsi komanda da əla əhval-ruhiyyə vardı. Son tapşırıqları verərkən uşaqlar çox istəkli olduğu hiss olunurdu. O zaman qələbə qazanacağımızı anladım.
- Siz, belə hesablı qələbə qazanacağınızı gözləyirdiniz?
- Sözün düzü, yox. Oyun öncəsi, komandaları analiz edərkən, “Muğan”ı qiymətləndirsəkdə son turda məğlub etdiyimiz, “MKT-Araz”ın sabirabadlılardan 2 dəfə güclü olduğunu qeyd etdim. Son qələbədən sonra, özümüzə inam artmışdı. Düzdü, futbolda arxayınlaşmaq olmaz. Götürək, elə “Qarabağ”ın son səfərini “Şahdağ” son sırada olsada rəqib qələbə qazanmağa imkan vermədi. Ona görədə, rəqibdən sürpriz gözləmək olardı.
- İki görüşdə iki qələbə qazanmısınız. Hər halda belə maksimum nəticəyə baxmayaraq, problemlər olmamaış olmaz
- Hər şey ideal ola bilməz. Çatışmayan çox şey var. 8:0 qələbə qazanmaq o, demək deyil ki, artıq problemimiz yoxdur. Məşqlərdə daim çatışmamazlıqlarımız üzəridə işləyirik.
- Hər halda, yetirmələrinizdən razısız...
- Yox, nəticədən razı qala bilərəm. Amma hər bir gəncə biz xüsusylə yanaşırıq. Onlara çatışmamamzalıqlarını bildirir, lazım gəlsə məşqdən sonra belə, ehtiyac duyulan çalışmaları yerinə yetirməklərini istəyirəm.
- Komanda ilk dövrədə 10 oyunda iki qələbə qazana bilib. Siz isə bu nəticəni eyni saylı görüşdə əldə etmisiniz. Etiraf edək ki, bu artımı görməmək mümükn deyil. Siz isə baş məşqçi nərdivanındakı ilk pillələrə uğurlu start verdiniz...
- Qışda komanda 1 həftəlik təlim-məşq toplanışında oldu. Qeyd etmək lazımdır ki, bu toplanışın uşaqlara çox böyük köməyi dəydi. Gənc futbolçular üçün belə səfərlərin çox böyük əhəmiyyəti var. Əvəllər, uşaqlar fiziki hazırlıq baxımından müəyyən çətinliklər çəkirdi. İlk növbədə, bini aradan qaldırmağa çalışdıq. Araşdırmalarımız zamanı gördük ki, komanda matçın ikinci yarılarını eyni səviyyədə oynaya bilmir. Əsas məqsədim bu tipli problemləri aradan qaldırmaqdır. Günü futbolunda fiziki hazırlıq çox mühim rol oynayır. Ümumiyyətlə bu problem bütün Azərbaycan futbolunda var. Ona görədə, çalışıb komandada fiziki hazırlığı yüksək səviyyə çatdıracam
- “Qarabağ-2” ikinci dövrədə nəyə ümid edir?
- Hal-hazırda çempionatda qarşımıza konkret məqsəd qoyulmayıb. Bizim məqsədimiz gəncləri yetişdirərək əsas komandaya futbolçular verməkdir. Əlbəttə, mümkün qədər irəli getməyə çalışacağıq. Amma qeyd etdiyim kimi, biz nəticəyə deyil, kluba futbolçu qazandırmağa çalışacağıq.
- Yəqin, sevginizi qazanmış futbolçu olar?
- Yox, bütün futbolçular mənim üçün eynidir. Rasim Kara büzim həm məşqlərimizi, həm də oyunlarımızı izləyir. Hamımız bir məqsəd üçün çalışırıq. Ona görə də hansısa yetirməmi əsas komandaya çağırsalar buna sevinərəm.