Yeddi futbolçumuz U-20-də
25 May 2026
Yeddi futbolçumuz U-20-də
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qarabağ”ın 7 futbolçusu U-20-yə çağırılıb.
Uğur Qurbanlı, Rəşad Alışov, Eltun Babazadə, Əliəkbər Rzazadə, Abduləziz Cabbarlı, Əli Qazibəyov və Hikmət Cəbrayılzadənin yer aldığı yığma mayın 25-dən iyunun 10-dək təlim-məşq toplanışı keçirəcək. U-20-nin hazırlığı Qəbələdə baş tutacaq.
