Yenə 2 məşqlə...
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
29 Yan 2012
Yenə 2 məşqlə...
`Qarabağ`ımız Antalyada hazırlıqlarını davam etdirir. Bu günə komandamızın 2 məşqi nəzərdə tutulub. İlk çalışma 11:00-da baş tutdu. Məşq maneələri dəf etməklə qapılara zərbə və texniki çalışmalara həsr edildi. Günün ikinci çalışması 18:00-da baş tutacaq.
Bu arada qeyd edək ki, `Vaslui`ylə yoxlama matçından sonra baxışda olan Nasser Minassel geri göndərilməyib. Komandamızın baş məşqçisi Qurban Qurbanov Əlcazair əsilli Fransa vətəndaşına daha bir şans verəcək.
Komandamızın səhər məşqində daha bir yeni legioner iştirak edib. Bu xorvatiyalı Goran Parackidir. 1987-cü il təvəllüdlü orta xətt oyunçusu ölkəsinin aşağı yaş yığmalarında forma geyinib. Sonuncu klubu ölkəsinin `Karlovaç`ı olub.