YENƏ DƏ 2:1 , BU DƏFƏ RƏQİBİN XEYRİNƏ ...
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/867.jpg)
8 İyl 2005
YENƏ DƏ 2:1 , BU DƏFƏ RƏQİBİN XEYRİNƏ ...
Güclülər dəstəsi klublarının nəzdində olan yeniyetmə komandalar arasında ölkə birinciliyinin final mərhələsində növbəti turun oyunları keçirilib.
1987-88-ci il təvəllüdlü yeniyetmələrin 1-6-cı yerlər -çempionluq uğrunda yarışında "Qarabağ" Sumqayıtın "Gənclərbirliyi" klubu ilə qarşılaşdı. İlk hissədə bir neçə 100% -li qol imkanından yararlana bilməyən "Qarabağ" əvəzində qapısında qol gördü. İkinci hissədə isə tərəflər hərəyə bir dəfə fərqlənərək, matçın hesabını müəyyənləşdirdilər: 1:2. Xatırladaq ki, ilk görüş də 2:1, lakin "Qarabağ"ın xeyrinə başa çatmışdır.
"Qarabağ" növbəti- son turun matçını iyulun 10-da Şəmkirdə eyniadlı kluba qarşı keçirəcək.