YENƏ DƏ ÖN SIRALARDA.

single-news
26 Dek 2004

YENƏ DƏ ÖN SIRALARDA.



Bir neçə gün idi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş mini futbol turniri keçirilirdi. Dekabrın 25-də bu turnirə yekun vuruldu. Turnirin son günü bayram günü münasibətilə veteranlardan ibarət simvolik futbol komandası ilə ulduz müğənni və aktyorların komandası da dostluq oyunu keçirdilər. Azərbaycan futbolunun əfsanələri Ələkbər Məmmədovun, İsgəndər Cavadovun, Səməd Qurbanov, Səmədağa Şıxlarov, Asif Əliyev və digərlərinin yer aldığı veteran futbolçularla ulduzlar tamaşaçıların zövq ala biləcəyi bir oyun- şou göstərdilər.İsgəndər Cavadovun isə meydanın bir tərəfindən gigər qapıya vurduğu top oyunu daha da gözəlləşdirdi. Oyundan sonra qaliblərlə yanaşı, həm də veteran oyunçular və müğənnilər də mükafatlandırıldılar. Belə tədbirlərdə öz hədiyyələrini əsirgəməyən "Qarabağ" FK bu dəfə də ön sıralarda idi. "Qarabağ" FK -nun vitse- prezidenti Tahir bəyin nitqindən sonra müxtəlif çeşiddə hədiyyələr qaliblərə təqdim olundu. Veteran futbolçular və ulduz müğənnilər də yaddan çıxmamışdı. Veteran futbolçular onlara həmişə diqqət yetirdiyinə görə, Tahir bəyə və onun rəhbərlik etdiyi şirkətə öz minnətdarlıqlarını bildirdilər. Turnir çox nikbin notlarla sona çatdı.

Paylaş