Yenə də `Tvente`..

8 Avq 2014
Yenə də `Tvente`..
Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriya çempionu `Zalsburq`a ümumi hesabda 3:2 məğlub olaraq mübarizəni dayandıran `Qarabağ`ımız Avropa Liqasının play-offunda iştirak edəcək. Avqustun 21-i və 28-də baş tutacaq mərhələdə komandamızın 5 potensial rəqibi məlum olub:
Dinamo (Zaqreb, Xorvatiya)
Tvente (Hollandiya)
PAOK (Yunanıstan)
Rapid (Avstriya)
Trabzonspor (Türkiyə)
---
Artıq püşk atılıb. Komandamız Hollandiya çempionatının bürünc medalçıcı `Tvente` ilə qarşılaşacaq.
İlk oyun Avqustun 21-i Bakıda baş tutacaq. Cavab görüşü isə 1 həftə sonra Ensxede şəhərində keçiriləcək.