Yeni rekordların mübarək, “Qarabağ”! (apasport.az)
6 Avq 2010
Yeni rekordların mübarək, “Qarabağ”! (apasport.az)
“Qarabağ” Azərbaycan futbolu tarixində növbəti rekord vurdu. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi 1994-cü ildən qatıldığı avrokuboklarda üç mərhələ adlayan ilk komandamız oldu.
Təmsilçimiz bunu Avroliqada Polşa “Visla”sına qədər (səfərdə 1:0, evdə 3:2) Makedoniya “Metallurq”unu (evdə 4:1, səfərdə 1:1) və Şimali İrlandiya “Portadaun”unu (evdə 2:1, səfərdə 1:1) keçməklə rəsmiləşdirdi. Son iki ildə “Neftçi” və elə “Qarabağ” buna imza atmağa çox yaxın olmuşdu. Ancaq 2008-ci ildə “Vaslui” (Rumıniya) İntertoto kubokunda bakılıların, bundan bir il sonra “Tvente” (Hollandiya) Avroliqada ağdamlıların yolunu bağlamışdı.
Qurban Qurbanovun baş məşqçisi olduğu komandamız ardıcıl ikinci mövsüm Avroliqada son təsnifat mərhələsinə çıxmaqla da ilkə imza atdı. “Qarabağ” bu dəfə üç mərhələ adlasa da, yenə pley-offda çıxış edəcəyi səbəbsiz deyil. Məsələ ondadır ki, komandamız ötən il ölkə kubokunun qalibi kimi mübarizəyə birbaşa II, indi isə bürünc mükafatçı kimi I təsnifat mərhələsindən başlayıb.
“Qarabağ” həm də “Polşa sindromu”nu aşan ilk komandamız oldu. Uzun illərdir istər yığma, istərsə də klub səviyyəsində qənimimiz olan panları nəhayət, susduran tapıldı. Düzdür, Bakının “İnter” klubu Çempionlar Liqasında “Lex”i səfərdə yenməklə (1:0), Polşa klublarını üzərində qələbə qazanan ilk klubumuz kimi tarixə düşdü. Ancaq sonda mərhələ keçmək mümkün olmadığı üçün “Polşa sindrom”u qalmışdı.
“Qarabağ”ın dünənki 3:2 hesablı qələbəsi də tarixə düşdü. Belə ki, arxada qalan 16 ildə heç bir komandamız bu hesabla qalib gələ bilməmişdi. Ancaq bizi bu hesabla “Visla”nın yenildiyi Tofiq Bəhramov adına Respublika stadionunda məğlub edən olmuşdu. Bu, 1999-cu ildə UEFA kubokunun ilk təsnifat mərhələsində “Neftçi”yə 3:2 hesabı qalib gələn Serbiyanın “Srvena Zvezda” klubu idi.