Yerlər dəyişsə də...
Yerlər dəyişsə də...
`Qarabağ` sabah ölkə çempionatında prinsipial oyuna çıxacaq. Mövqeyindən asılı olmayaraq `Qarabağ` - `Neftçi` mücadiləsi daim maraqla qarşılanır. Maraqlıdı ki, hər iki komanda da əks-düşərgənin şərəfini qotuyan yetərincə insan var. Hal-hazırda `Qarabağ`ımızda forma geyən Aslan Kərimov, Aftandil Hacıyev, Rəşad Sadiqov, Elnur Allahverdiyev, Namiq Yusifov və baş məşqçimiz Qurban Qurbanov vaxtilə `ağ-qara`ların formasını geyinib. Maraqlıdı ki, `NEftçi`nin də başında dayanan Böyükağa Ağayev məhz `Qarabağ`ın sonuncu uğurunun memarı olub.
Aslan Kərimov:`Qarabağ` - `Neftçi` oyunu hər zaman prinsipial olub. Azarkeşlər bu oyundan fərqli nəsə gözləyirlər. İnanıram ki, maraqlı oyun olacaq. Derbi tarixlə ölçülür.`
Aftandil Hacıyev:`Bu oyunda forma geyinə bilmədiyimə görə üzgünəm. Bu il keçirdiyimiz hər 2 oyun maraqlı olub. Oyun axşam keçiriləcək. İnanıram ki, azarkeş marağı yetərincədir.
Namiq Yusifov:` İnşallah, qələbə qazanarıq. Baş məşqçimiz şans verəcəyi təqdirdə ən yaxşı oyunumu keçirməyə çalışacam.
Rəşad Sadiqov:` Bir futbolçu kimi yetişməyimdə `Neftçi`nin böyük əməyi var. Amma bu gün `Qarabağ`ın uğurları üçün çalışıram. Qələbə üçün meydana çıxacağıq.
Elnur Allahverdiyev:`Maraqlı oyun olacaq. `Neftçi` ikinci dövrədə yaxşı çıxış edir. Bizdən intiqam almağa çalışacaqlar. Amma biz də meydana 3 xal üçün çıxacağıq.`