YOLDAŞLIQ GÖRÜŞLƏRİ: TÜRKLƏR HEÇ-HEÇƏ, DİGƏRLƏRİ İSƏ ...

single-news
28 May 2006

YOLDAŞLIQ GÖRÜŞLƏRİ: TÜRKLƏR HEÇ-HEÇƏ, DİGƏRLƏRİ İSƏ ...



Dünya Çempionatına qısa zaman kəsiyi qaldığı bir dönəmdə, istər mundiala vəsiqə qazanan, istərsə də qazanmayan millilər yoldaşlıq görüşlərində qüvvələrini sınmaqda davam edirlər... Belçika ilə 3:3-lük bərabərlikdən sonra, Türkiyə Millisi Estoniya ilə yoldaşlıq görüşü keçirdi. Bu görüşdə də diqtə edən tərəf türklər olsa da, yenə də son dəqiqədə buraxılmış qol oyunun 1:1-lik heç-heçə ilə nəticələnməsinə gətirib çıxardı. Ukrayna Milli kolmandası Kosta Rikanın qapısından dörd cavabsız top keçirdi. Dünya Çempionatına vəsiqə qazanmış Xorvatiya və İran milliləri isə sülhlə ayrıldılar: 2-2. Ekvadorla Makedoniyanın qarşılaşmasında isə ikinclilər hesabda yenik duruma düşmələrinə baxmayaraq 2:1-lik qələbə ilə oyunu başa vura bilmişlər... Bir gün əvvəl isə aşağıdakı görüşlər keçirilmişdir: Ruminya 2 : 0 Şim.İrlandiya Almaniya 7 : 0 Luxksemburq İsveçrə 1 : 1 Cote d Uvar Yeni Zellandiya 3 : 1 Gürcüstan Trinidad və Tobago 1 : 2 Uels Portugaliya 4 : 1 Cape Verde Danimarka 1 : 1 Paragvay Serbia və Montenegro 1 : 1 Urugvay Netherlands 1 : 0 Kamerun Franca 1 : 0 Meksika İspaniya 0 : 0 Rusiya

Paylaş