YOLDAŞLIQ GÖRÜŞLƏRİ:İTALİYA ALMANLARI, BRAZİLİYA İSƏ. . .
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/1975.jpg)
2 Mar 2006
YOLDAŞLIQ GÖRÜŞLƏRİ:İTALİYA ALMANLARI, BRAZİLİYA İSƏ. . .
Dünən Dünyanın yaşıl meydanlarında futbol həyəcanı yaşandı. Yoldaşlıq görüşləri çərçivəsində əksər yığmalar son durumlarını dəyərləndirmək üçün şans qazandılar...
İtaliya Almaniya ilə qarşılaşdı. Mundialın iki iştirakçısı arasındakı oyunda Yurgen Klinsmanın komandası biabırçı məğlubiyyətlə üzləşdi. Dörd dəfə meydana mərkəzdən başlayan almanlar 82-ci dəqiqədə təsəlli topunu vursalar da, bu da onlara kömək etmədi...
Uruqvayla qarşılaşan İngiltərə millisi 26-cı dəqiqədə hesabda geri düşsə də, iki dəfə rəqib torunu silkələyərək sonda qələbəyə sevinən tərəf oldu...
Şaxtalı havaya öyrəşməsələr də, Braziliyalılar Moskvadan da qələbə ilə ayrılan tərəf oldular. 15-ci dəqiqədə Roberto Karlosun zərbəsinin istiqamətini dəyişən Ronaldo matçda vurulan yeganə qolun memarı oldu. Oyuna görə ruslar layiq olmasalar da, matçda məğlub tərəf məhz onlar oldular...
Cənubi Amerikanın başqa təmsilçisi Argentina Xorvatların qapısından iki top keçrisələr də öz qapılarında üç top gördülər. 90-cı dəqiqədə Simiçin qolu cənubi amerikalıları başı aşağı etdi...
Portuqaliya isə, Səudiyə Ərəbistanının qapısından üç top keçirərək, asan qələbə qazandılar...
Türkiyə Millisi isə, Karel Poborskinin penaltisi və Jiri Stajnerin qolu ilə 89-cu dəqiqəyə qədər oyunda məğlub tərəfə çevrildilər. Lakin 89 və 90-cı dəqiqələrdə Qalatasaraylı Ümid Karanın dublu matçın heç-heçə bitməsi ilə nəticələndi...
Digər oyunlar belə nəticələnmişdir:
İran - Kosta Rika 3:2
Cənubi Koreya - Angola 1:0
Kipr - Ermənistan 2:0
Sloveniya - Rumıniya 0:2
Makedoniya - Bolqarıstan 0:1
Albaniya - Litva 1:2
Finlandiya - Belarus 2:2
Qazaxıstan - Yunanıstan 2:2
Seneqal - Norveç 2:1
Malta - Gürcüstan 0:2
Tunis - Serbiya 0:1
İsrail - Danimarka 0:2
Lüksemburq - Belçika 0:2
Avstriya - Kanada 0:2
Ş.İrlandiya - Estoniya 1:0
Uels - Paraqvay 0:0