YOLDAŞLIQ GÖRÜŞÜ: İran - AZƏRBAYCAN 2:1 (2:0)

single-news
30 May 2005

YOLDAŞLIQ GÖRÜŞÜ: İran - AZƏRBAYCAN 2:1 (2:0)



İran: Mirzəpur, Kəbi (Bədəvi, 60), Gülməhəmmədi (Kəmali, 63), Nüsrati (Kazemian, 86), Nekounam, Kərimi (Mobali, 83), Zəndi, Haşemian (Bürhani, 76), Daei (İnayəti, 61). AZƏRBAYCAN: Həsənzadə, Sadıqov, Hacıyev, K.Quliyev, E.Quliyev, ASLAN KƏRİMOV, Əbdürəhmanov, Şükürov, A.Qurbanov, Ramazanov (Nəbiyev, 69), İsmayılov (Q.Qurbanov, 76). Qollar: Zəndi, 16 (1:0). Nekounam, 29 (2:0). A.Qurbanov, 67 (2:1). Baş hakim: Səid Kamil (Küveyt). Yoldaşlıq görüşü olmasına baxmayaraq, hər iki komanda bu matça ciddi yanaşmışdı. Elə rəqibin heyətindəki adlar bunu deməyə əsas verirdi. Millimiz də güclü heyətlə İrana getmişdi. Amma K.A.Torresin istədiyi bəzi futbolçuların heyətdə yer almaması təsirsiz ötüşmədi. İlk hissədə İran millisi istədiyini etdi. Hissənin sonunda meydan sahibləri artıq iki top fərqi ilə irəli çıxsalar da hesab daha da fərqli ola bilərdi.Yalnız ikinci hissədə komandamız qol vurmaq lazım olduğunu başa düşdü. Rəqib isə sakitləşmişdi. 67-ci dəqiqədə Millidə debüt edən Alim Qurbanovun zərbəsi dəqiq oldu. Bundan sonra matçın nəticəsi dəyişmədi. Millimiz isə növbəti məğlubiyyətlə barışmalı oldu: 1:2

Paylaş