YOLDAŞLIQ GÖRÜŞÜ: "QARABAĞ" 1 - 1 "TURAN"

single-news
22 İyl 2006

YOLDAŞLIQ GÖRÜŞÜ: "QARABAĞ" 1 - 1 "TURAN"



Oyun yoldaşlıq xarakteri daşıdığından Böyakağa Ağayev məsul UEFA kuboku cavab qarşılaşması öncəsi heyətə son baxış keçirməli idi. Həmişəki kimi 3 - 5 - 2 taktiki sxemi üzrə heyəti meydana buraxan çalışdırıcı baxışda olan Çebotarı da start heyətdə meydana buraxmışdı. İlk hissə demək olar ki bir qapı qarşısında cərəyan etdi. Samir Musayevin və Kənan Kərimovun bir neçə dəfə 100% -lik qol imkanı qazanması belə hesabın açılmasına gətirib çıxarmadı. Əvəzində matçın 35-ci dəqiqəsində əks-hücumların birində Hafiz Əliyev topu qapımızdan keçirdi. İkinci hissədə demək olar ki əsas heyət oyunçularının hamısına istirahət verən Böyükağa Ağayev bütün futbolçularını sınaqdan keçirdi. Meydana çıxan futbolçular isə etimadı doğruldaraq hesabda olan geriliyi aradan qaldıra bildilər. Vasif haqverdiyevin künc zərbəsindən ötürməsini Kənan Kərimov qapıdan keçirdi. Oyun 1:1 hesablı bərabərliklə başa çatdı...

Paylaş