YOLDAŞLIQ MATÇI: "QARABAĞ" 1 - 1 "OLİMPİK"
7 Avq 2005
YOLDAŞLIQ MATÇI: "QARABAĞ" 1 - 1 "OLİMPİK"
"Qarabağ"(start heyəti) - Vitaliy Kovalyov, Blazen Bekovaç, Namiq Yusifov, Vasif Haqverdiyev, Mübariz Orucov, Denis Sokolovski, Aslan Kərimov, Serqey Kravçenko, Azər Cabbarov, Aleksandr Voskoboynik, Müşfiq Hüseynov.
Qollar: Vidadi Rzayev (14 dəq, Olimpik); Serqey Kravçenko (51 dəq, Qarabağ).
Hakimlər: Zöhrab Qədiyev, Aydın Ələkbərov, Munis Abdullayev.
Matçın elə ikinci dəqiqəsində hesab açıla bilərdi. Lakin Mübarizin yandan ötürməsindən sonra Müşfiq Hüseynovun başla zərbəsi qapı dirəyinin yanından keçdi. Rəqibin cavabı da özünü çxox gözlətmədi. Vidadi Rzayevin zərbəsini Vitalik tuta bildi.10-cu dəqiqədə Mübariz qapıçının səhvindən sonra hesabı aça bilərdi. Lakin son anda zərbəni qapıçı dəf edə bildi. 12-ci dəqiqədə isə əks hücuma keçən rəqib hesabı açdı. Qapıçımızla təkbətək mübarizədən Vidadi Rzayev qalib çıxdı. 0:1. Bundan sonra "Qarabağ" hücumlarının kəsəri bir qədər də artdı. 21-ci dəqiqədə Müşfiqin zərbəsini qapıçı tutdu. 27-ci dəqiqədə Denis Sokolovskinin ötürməsindən sonra Serqey Kravçenkonun zərbəsi qapı dirəyinə dəydi. 34-cü dəqiqədə Azər Cabbarovun zərbəsi təhlükəli alındı.
İkinci hissədə meydana çıxmış Samir Musayev hücum xəttini bir qədər də canlandırdı. Onu da qeyd edək ki, baş məşqçimiz Elxan Abdullayev hazırlıq dövründə yeganə olan bu matçda bütün oyunçulara oynamaq üçün şans verdi.
51- ci dəqiqədə Samirin iki oyunçunu keçidinin qarşısını yolverilməz fəndlə aldılar. 11 metrlik cərimə zərbəsini klubumuzda yeni baxışda olan Serqey Kravçenko yerinə yetirərək hesabı bərabərləşdirdi. Bundan bir qədər sonra Samirin özü qol vura bilərdi. Amma son anda zərbə alınmadı. 70- ci dəqiqədə yandan Engin Özmənin ötürmənsini Tərlan Mahmudov tamamlaya bilmədi. Halbuki bu ötürməni bir qədər arxada duran Eltay Aslanov da tamamlaya bilərdi. Bundan bir qədər sonra Serqey Kravçenko qapıçı ilə təkbətək qaldı. Amma yenə də hesab dəyişmədi. 1:1.
Elxan Abdullayev: "Oyun təəssüf ki, bizim hazırlığımız dövründə yeganə matç oldu. Buna baxmayaraq futbolçularımın bir- birini gözəl başa düşmələri məni çox sevindirir. Klubumuzda baxışda olan futbolçuların göstərdikləri oyun da məni qane etdi.Xüsusilə Serqey çox fəal idi.Bütün futbolçulara oynamaq şansı verdim. Biz bu oyunda nəticə yox, futbolçularımın səviyyəsi maraqlandırırdı ki, ona da mən nail oldum."