YOLDAŞLIQ MATÇI: "QARABAĞ" 1 - 1 ŞAHDAĞ"

single-news
30 Yan 2006

YOLDAŞLIQ MATÇI: "QARABAĞ" 1 - 1 ŞAHDAĞ"



"Qarabağ" - V.Kovalyov, V.Haqverdiyev, Z.Çilinşek, H.İsgəndərov, M.Orucov, A.Kərimov, B.İliç, R.Hüseynov, F.Quliyev (M.Hüseynov), A.Voskoboynik (Paul Efyong), E.Juska. Oyun "Qarabağ"ın hücumları ilə başladı. İlk dəqiqələrdən irəli atılan futbolçular ilk təhlükəli vəziyyətdə hesabı aça bilərdilər. Amma sonda zərbə dəqiq alınmadı. Hissənin ortalarına doğru tam üstünlük komandamızın tərəfinə keçdi. Lakin İliçin ötürməsindən sonra Mübarizin zərbəsini qapıçı çıxara bildi. Daha sonra Voskaboynikin zərbəsi də dəqiq alınmadı.Hissənin sonunda isə "Şahdağ"ın nadir hücumlarından biri qolla nəticələndi... İkinci hissə başlayan kimi komandamız bəzi taktiki dəyişikliklərə əl atdı ki buda tezliklə bərəsini verdi. Mübariz Orucovun ötürməsindən sonra Müşviq Hüseynov aşırma zərbəsi ilə hesab bərabərləşdirdi. Bundan sonra da bir neçə qol imkanlarından istifadə edilə bilmədikdə isə İmamxan Sultaninin final fiti yoldaşlıq matçında sülhü rəsmiləşdirdi.

Paylaş