YOLDAŞLIQ OYUNU: "QARABAĞ" 4 - 1 "OLİMPİK"

single-news
25 May 2006

YOLDAŞLIQ OYUNU: "QARABAĞ" 4 - 1 "OLİMPİK"



"QARABAĞ" - C.Həsənzadə (V.Kovalyov,46),S.Sokolov, B.İliç, A.Məmmədov (H.İsgəndərov,60), A.Kərimov (F.Haqverdiyev,87),R.Hüseynov (E.Xankişiyev,46), V.Haqverdiyev, R.Hüseynov, Q.Beraya (M.Əliyev,87), S.Musayev (N.Yusifov, 72), M.Hüseynov (F.Quliyev,56). Qollar: S.Musayev - 14, 30 dəqiqə; R.Hüseynov - 62; F.Quliyev-86 dəqiqə. Oyun başlandı və 3 -cü dəqiqədə rəqibin yan asmasından sonra cərimə meydançasında Vasif Haqverdiyev əllə oynadı. Komanda yoldaşının səhvini isə Cahangir Həsənzadə penalti zərbəsini dəf etməklə sığortaladı. Bu qonaqların matç ərzində yaratdığı yeganə təhlükəli vəziyyət oldu. Hesab isə 15-ci dəqiqədə açıldı. Qoqa Berayanın mərkəzdə rəqibdən topu aldıqdan sonra ötürməsini Samir Musayev mükəmməl zərbə ilə qapıçının başı üzərindən tora göndərdi. 29-cu dəqiqədə Sokolov rəqib cərimə meydançasında 3 futbolçunu keçərək yandan irəli şığıyan Azərə ötürmə etdi. Onun asmasını isə Samir Musayev dəyərləndirərək hesabı 2:0 etdi. İkinci hissədə "Qarabağ" yalnız iki dəyişikliyə əl atdısa, rəqib bütün heyətə yenilədi. Bunun nəticəsi olaraq, təzə oyuna girmiş futbolçular bir hissə oynamış "Qarabağ"dan ilk 10 dəqiqədə daha üstün oyun göstərmək cəhdləri fərqin azalması ilə nəticələndi. Lakin 55-ci dəqiqədən başlayaraq, yenidən bir qapı qarşısında cərəyan edən oyunda əvvəlcə Ramiz Hüseynov, sonra isə Fərid Quliyev rəqibi mərkəzə dəvət etməklə "Olimpik"in iki heyətini də məğlub etdi.4-1 və bu "Qarabağ" üçün çempionatın növbəti turu öncəsi əlavə stimul verdi.

Paylaş