YUBİLEY QOLU "QARABAĞ"DAN GƏLDİ (FUTBOL+, 01 MART,2003)

single-news
1 Mar 2005

YUBİLEY QOLU "QARABAĞ"DAN GƏLDİ (FUTBOL+, 01 MART,2003)



"Karvan"- "Qarabağ" matçının 23-cü dəqiqəsində Vadim Vasilyevin meydan sahiblərinin qapısına vurduğu top cari mövsümün 400-cü qolu oldu. Maraqlıdır ki, bundan əvvəlki iki yubiley qolu da ağdamlıların hesabında idi. Mövsümün 100-cü qolunu "Ədliyyə"- "MKT-Araz" matçında (25.09.2004) qonaqların futbolçusu Valeh Kərimov vurmuşdusa, Vasilyevin oyundaşlarından Vüqar Nadirov 200-cü, Samir Musayev 300-ci topu vurmuşdur. Onlar uyğun olaraq, "ev"də "İnter" (06.11.2004) və "Xəzər-Lənkəran" (13.12.2004) komandalarını məyus etmişdir.Maraqlıdır ki, ötən mövsümün 400-cü qolunu da "Qarabağ"ın futbolçusu səfərdə vurmuşdur. Onda Dmitri Kudinov fərqlənmişdir.

Paylaş