YUNİS HÜSEYNOV: "BİZ HEÇ-HEÇƏ ETDİK, BAŞQALARI SEVİNDİ. . ."
26 Mar 2006
YUNİS HÜSEYNOV: "BİZ HEÇ-HEÇƏ ETDİK, BAŞQALARI SEVİNDİ. . ."
"Qarabağ" - "Karvan" oyunu sonrası matça həsr olunmuş mətbuat konfransı keçirildi. İlk söz qonaq komandanın baş məşqçisi Yunis Hüseynova verildi:
"Oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. Rəqibin "Bakı" ilə oyunlarına baxmışdıq. "Qarabağ" güclü rəqib idi , bunu da bu gün sübut etdilər. Mən sevinirəm ki, bizim heç-heçəmizə çoxları sevindi. Bu məni sevindirir. Mən demək istəyirəm ki, bu günkü heç-heçəyə baxmayaraq, "Karvan" həm çempion olacaq, həm də kubokun sahibi olaraq qızıl dubla imza atacaq..."
Sonra "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayev fikirlərini bölüşdü: "Liderlə mücadilə həmişə çətin keçib. Bu gündə istisna olmadı. Bir neçə oyunçunun oyun öncəsi zədələnməsi işimizi daha da çətinləşdirdi. Lakin sevinirəm ki meydana buraxdığım 11 futbolçu ürəklərini meydana qoydular və bunun qarşılığında da qələbə də olmasa, heç-heçəyə nail oldular... "