YUNİS HÜSEYNOV: "QARABAĞ"IN GÜCLÜ ORTA XƏTTİ OYNAMAĞIMIZA MANE OLDU"

single-news
18 Sen 2005

YUNİS HÜSEYNOV: "QARABAĞ"IN GÜCLÜ ORTA XƏTTİ OYNAMAĞIMIZA MANE OLDU"



Matç sonrası Mətbuat Konfransı keçirildi. İlk söz qonaq komandanın baş məşqçisi Elxan Abdullayevə verildi: "İlk öncə Yunis bəyi və onun komandası "Karvan" Futbol Klubunu qələbə münasibətilə təbrik edirəm. Oyun barədə isə onu deyə bilərəm ki, bərabər oyun oldu. Biz bu səfərdən bir xalla dönməliydik.Bunu oyunda göstərdi. Zəif oynamadıq. Kuryoz qol yedik. Qapıçımızın inamsızlığı öz qapımıza vurulmuş qolla nəticələndi. Sonra isə bir neçə momentdən istifadə edə bilmədikdə nəticə qazana bilmədik." Sonra söz "Karvan" FK baş məşqçisi Yunis Hüseynova veridi: "Qarabağ"ı gözəl oyuna görə təbrik edirəm. Oyun bərabər səviyyədə keçdi. İlk hissədə qol vurduqdan sonra ikinci hissədə müdafiə futbolu oynayıb rəqibi əks hücumlarda tutmağa çalışdıq. Amma "Qarabağ"ın güclü yarımmüdafiə xətti olduğundan bunu edə bilmədik. Meydanın mərkəzində onlar daha gözəl oynadılar. Hava da çox isti olduğundan oyun sərgiləmək bir qədər də çətinləşdi. Amma gözəl oyun olduğunu düşünürəm." Bundan sonra məşqçilər suallara cavablar verdilər. Y.Hüseynov: "Mən bilirdim ki, oyun çətin keçəcək. "Qarabağ" güclü klubdur. Heyətin böyük əksəriyyətini itirməsinə baxmayaraq, Elxan müəllim gözəl heyət qurub. Heç kim "Qarabağ"ı zəif hesab etməsin. Bu günkü oyun da bunu bir daha sübut etdi. "Qarabağ" hələ öz sözünü deyəcəyinə inanıram."

Paylaş

// pop up