"YUVENTUS"A "ARSENAL" SİLLƏSİ...

single-news
29 Mar 2006

"YUVENTUS"A "ARSENAL" SİLLƏSİ...



Dünən Çempionlar Liqasında 1/4 final mərhələsinin iki oyunu keçirildi... Portuqaliyada yerli "Benfika" İspaniyanın "Barselona" klubunu qəbul etdi. Hələ püşkatma zamanı cütün favoriti kimi, "Barselona" göstərilsə də, ilk oyunda üstün tərəf "Benfika" oldu. Uğuru rəqib qapısı önündə axtaran meydan sahibləri Barsa qapıçısı üçün çətin anlar yaşatdı. Buna baxmayaraq oyunda qol vurulmadı və cütün taleyinə ikinci oyunda aydınlıq gələcək... Günün digər oyunu isə daha maraqlı keçdi. Hayberidə "Arsenal" "Yuventus"u qəbul etdi. Hər iki klub matç öncəsi iddialı danışsa da "Arsenal" özünə lazım olan hesabı elə ilk oyundaca təmin etdi. Matçın birinci hissəsinin sonunda Fabreqas hesabı açdı. İkinci hissədə italyanlar hesabı bərabərləşdirmək üçün irəli atılsa da, ikinci dəfə meydana mərkəzdən başlamalı oldular. Bu dəfə topu yuvenin qapısından Henry keçirdi. Matç 2:0 meydan sahiblərinin xeyrinə başa çatdı. 1/4 finalın digər iki qarşılaşması bu gün keçiriləcək. "İnter" "Vilyareal"ı, "Lion" isə "Milan"ı qəbul edəcək.

Paylaş