`Zalsburq` 2-0 `Qarabağ`

`Zalsburq` 2-0 `Qarabağ`
Bildiyiniz kimi bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları start götürəcək.İlk görüşdə Avstriya çempionu `Zalsburq`u 2-1 hesabı ilə məğlub edən komandamız bu axşam cavab oyununa çıxacaq.Görüş Bakı vaxtı ilə 23:30-da başlayacaq.Oyunu saytımızı və facebook səhifəmiz vasitəsilə canlı şərh edəcəyik. (www.fb.com/FKQarabagh)
"Zalsburq": Peter Qulaçsi, Peter Ankersen, Andreas Ulmer, Martin Hintereqqer, Andre Ramalho, , Sadio Mane, İlsanker, Kristof Leitqeb, Kevin Kembl, Conatan Soriano (k), Alan
Ehtiyat oyunçular: Aleksandr Valke, Marsel Sabitzer, Nabi Keyta, Franz Şiemer, Valentino Lazaro, Massimo Bruno, Nils Quaşner
"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedyev, Rəşad Sadıqov (k), Ansi Aqolli, İlqar Qurbanov, Bədavi Hüseynov, Danilo Dias, Riçard Almeyda, Leroy Corc, Vüqar Nadirov
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Tərlan Quliyev, Çumbinyo, Muarem Muarem, Namiq Yusifov, Cavid Tağıyev, Hacı Əhmədov
I hissə
1` Və budur tarixi oyun başladı ! Uğurlar `Qarabağ` !
8` Oyun `Zalsburq`un ərazi üstünlüyü şəraitində davam edir.
10` Riçard Almeyda kobud oynayaraq rəqibə əlverişli nöqtədən cərimə zərbəsi qazandırdı.
12` Soryano qapımıza təhlükəli zərbə endirdi amma zərbə dəqiq olmadı və eyni zamanda Şotlandiyalı yan xətt hakiminin bayrağı havada idi.
14` Ilqar Qurbanov yerdə qalıb,həkimlər meydana daxil oldu.
16` Oyunda ilk küncdən zərbəni `Qarabağ`ımız yerinə yetirəcək.
17` Diasın küncdən ötürməsini Maksim qapıya göndərdi amma qapıçı Peter inamlı çıxış ilə topu ələ keçirdi.
18` Və qol,rəqib hesabı açdı.Martin Hinteregger başla effektli zərbə endirdi və hesabı açdı.
21` Leroy Corc sürət yığaraq irəlilədi amma ona qarşı sərt oyun oldu,buna baxmayaraq hakimin fiti səslənmədi.
23` Komandamız hücum qurmağa çalışır amma həyəcanlı oyun buna mane olur.
25` Kevin Kampel topu özündən çox aralı buraxdı və topu itirdi.
27` Vüqar Nadirovvv amma qapıçı yerindədir və topu asanlıqla dəf etdi.
29` Leroy Corc sağ cinahda irəliləsədə qaydanı pozaraq hücumumuzu yarıda qoydu.
30` `Zalsburq` təhlükəli hücuma çıxıb.Alanın ötürməsi amma Soriyano oyundan kənar vəziyyətdədir.
31` Vüqar Nadirov daha bir zərbə endirdi amma yenədə Peter yerində idi.
32` Maksim Medvedev sərt oynadığına görə sarı vərəqə ilə cəzalandırıldı.
33` Martin Hinteregger dubl etdi.Boş mövqeydən topu asanlıqla qapımıza göndərdi.
35` Daha bir sarı vərəq Danilo Diasa göstərildi.`Salzburq` təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirəcək.
36` Bravo Şehiç.Müdafiəçilərimiz topu uzaqlaşdıra bilmədi və `Zalsburq` komandası küncdən zərbə qazandı.
41` Hesab 2-0 rəqibin xeyirinədir.Oyunumuz hələki alınmır.
42` Bəxtimiz gətirdi bu epizodda.Alan oyundan kənar vəziyyətdə olsada hakimin bayrağı havaya qalxmadı amma xoşbəxtlikdən top qapımızdan aralı keçdi.
45`+1` İlk hissənin əsas vaxtı başa çatdı.İlk hissəyə bir dəqiqə əlavə olundu.
46` İlk hissə başa çatdı.İlk hissədən sonra 2-0 hesabı ilə `Zalsburq` öndədir.
II hissə
45` İkinci hissə başladı ! Uğurlar `Qarabağ` !
47` Komandamız əks hücum şansı əldə etdi amma rəqib müdafiə hücuma mane oldu.
50` Leroy Cooooorc amma zərbə dəqiq olmadı.
54` Qurban Qurbanov ilk əvəzləmədən istifadə etdi.Danilo Dias Çumbinyo ilə əvəzləndi.
58` `Zalsburq`un ardı arası kəsilməyən hücumları davam edir,komandamız hal hazırda müdafiə olunur.
60` Alanın zərbəsi tirin üzərindən keçdi.
60` Məcburi əvəzləmə etdik,Maksim Medvedev zədə səbəbindən oyunu davam etdirə bilmədi,onun əvəzinə meydana Tərlan Quliyev daxil oldu.
61` Küncdən zərbə zamanı ənənəvi ev tapşırığından istifadə edə bilərdik amma Leroy Corc bunu pozdu.
65` Komandamız hücum qurmağa çalışır,topu özümüzdə saxlamağa çalışdıq amma Tərlanın ötürməsi dəqiq olmadı.
67` Kevin Kampelin ideal zərbəsini İbrahim Şehiç möhtəşəm sıçrayışla dəf etdi.
70` Şehiç komandamızın xilaskarı sayıla bilər.
73` `Salzburq`un heyətində ilk əvəzetmə olacaq.Nabi Keyta İlsankerin əvəzinə meydana daxil oldu.
74` Bədavi Hüseynov komandamızı real qoldan xilas etdi.
74` Leroy Corc daha bir real qol şansımızı boşa verdi.
76` Kobud oyuna görə Tərlan Quliyev sarı vərəqə ilə cəzalandırıldı.
78` Şehiç komandamızı daha bir qoldan xilas etdi.Bu günün qəhrəmanı İbrahim Şehiçdir.
80` Son 10 dəqiqə komandalar meydanda mübarizə aparacaq,bir qol hər şeyi dəyişə bilər.
85` `Zalsburq`un heyətində daha bir dəyişiklik. Kampelin əvəzinə Bruno oyuna daxil oldu.
88` Namiq Yusifov sərt oynadığına görə sarı vərəqə ilə cəzalandırıldı.
90` Oyunun əsas vaxtı başa çatdı.Əsas vaxta 4 dəqiqə əlavə olundu.
90+4` Oyun başa çatdı.`Qarabağ` Çempionlar Liqasında mübarizəni dayandırdı amma Avroliqanın Play-off mərhələsində mübarizəni davam etdirəcək komandamız.