Zaur Həşimov:`3 xal bizi zirvəyə yaxınlaşdıracaq`.

single-news
22 Noy 2011

Zaur Həşimov:`3 xal bizi zirvəyə yaxınlaşdıracaq`.



`Qarabağ`ımız bazar günü premyerliqanın XIII turunda `İnter`lə bərabərə qaldı. Oyunda qol səsi çıxmayınca tərəflər 1 xala razılaşdı. Oyunla bağlı maraqlı bir məqamın 3 aydan çoxdur sıradan çıxan Zaur Həşimovun yenidan meydana çıxması oldu. Maraqlıdı ki, 30 yaşlı müdafiəçi `Qarabağ`ın Avqustun 8-də, cari mövsüm ilk matçında məhz `İnter`lə oyunda sıradan çıxmışdı. Rəşad Sadıqovun yoxluğunda Admir Teliylə Zaurun təşkil etdiyi tandem rəqibə qol imkanı vermədi. Saytımıza danışan Zaur ümumi təəssüratlarını bölüşüb:``İnter`lə çətin oyuna çıxmışdıq. Rəqib son zamanlar məğlub olmadan irəliləyirdi. Demək olar ki, 90 dəqiqə mübarizə şəraitində keçdi. Düzdü, qələbə qazana bilmədik. Amma qazandığımız 1 xalın bizə sonda çox faydası ola bilər. Mənim özümə gəlincə, heç bir həyəcan yox idi. Düzdü, 3 aydan çoxdur meydana çıxmırdım. Amma bunun elə də təsiri olmadığını düşünürəm. Ən çox zədəli `İnter`də çıxış edərkən hardasa 4 ay futbol oynamamaışdım. Bu 2-ci belə haldı. İstər-istəməz uzun ayrılıqdan sonra futbol üçün darıxırsan. `İnter`ə qol epizodu verməməyimiz sadəcə müdafiəçilərin əməyi deyil. Müasir futbolda müdafiəçi deyil, müdafiə olunmağı bacarmaq lazımdır.`
Zaur qarşıdan gələn `Neftçi`ylə oyuna da toxundu:`
İlk oyunda baş verənlər bir qəza idi. İnanmıram ki, bu dəfə 2:0 önə keçsək yenidən 3 top buraxaq. Həmişə `Neftçi`ylə oyunlarımız maraqlı keçir. Bu dəfə də inanıram ki,eyni durumun şahidi olacağıq. Əlbəttə, oyunda qələbə qələbə qazanmaq istəyirik. 3 xal bizi yenidən zirvəyə yaxınlaşdıracaq.`  

Paylaş

// pop up