Zaur Həşimov:`AZAL-la qol vursam çox sevinərəm`.

single-news
19 Noy 2010

Zaur Həşimov:`AZAL-la qol vursam çox sevinərəm`.



2 gün sonra komandamız AZAL-la qarşılaşacaq. Cari mövsümə uğurla  başlayan `təyyarəçi`lərlə görüşdə komandamızın tək hədəfi qalibiyyətdir. Çempionatın ilk yarısında qolsuz bərəbərliyə razılaşan tərəflərin mücadiləsində komandamız bu dəfə 3 xala köklənib.  Komandamız 2007-ci ildən məğlub olmadığı rəqibini məğlub etməklə xal fərqini minimum endirmək istəyir. `Qarabağ` - AZAL qarşıdurmasında heç şübhəsiz ən yadda qalan məqam 2007-2008-ci mövsümünün sonuncu turuyla bağlıdı. O vaxt `Olimpik` adlanan komandaya `Qarabağdan bir xalın alınması  çempionluq üçün kifayət edirdi. Amma komandamızdan Zaur Həşimovun 85-ci dəqiqədə vurduğu qol `Olimpik`in tarixində ilk dəfə `qızıl` medallara sahib çıxmasını əngəllədi.  Zaur hazırda da komandamızın uğurları üçün tər tökür. Görəsən, Zaur AZAL-la oyuna hansı hisslərlə çıxacaq:` AZAL-la oyuna adi oyunlar kimi hazırlışarıq. Amma qələbə bizim üçün daha vacibdi. AZAL cari mövsüm olduqca uğurlu  çıxış edir. 2007-08 mövsümündə vurduğum qola gəlincə. O, qol çox baxımlı alınmışdı. Həm də o vaxtdan AZAL-a uduzmamağımız  bizə heç də əlavə üstünlük vermir. Özü də o qoldan sonra çempionatda fərqlənə bilmirəm. Düzdü, o vaxtlar yarımmüdafiədə çıxış edirdim, qola daha yaxın olurdum. İndi sadəcə künc zərbəsi zamanı qol vurmaq imkanım olur. Amma komandanın qələbəsi üçün heç də mənim qol vurmağım vacib deyil. İnşallah, sabah qələbə qazanarıq. Təbii ki, qol vurmaq imkanım olsa buna çox sevinərəm.`

Zaur Həşimovun vurduğu möhtəşəm qol

 

Paylaş

// pop up