ZAVALLI

single-news
25 Sen 2008

ZAVALLI



RUSLAN MƏMMƏDLİ

 

Əslində, bu yazı çoxdan yazılmalıydı. Hələ Şevçenko “Milanello”  bazasına ikinci dəfə qədəmləriylə “xoşbəxt” etdiyi zaman. Amma zamanın gərdişindən bir qədər gözləməyi üstün tutdum.

Məlum məsələdir ki,  bəndəniz nə “Milan”ın prezidenti Silvio Berluskoni, nə də “qırmızı-qara”larla baş ağartmış baş məşqçi Karlo Ançelotti deyil ki,  İtaliyanın ikinci klubunun problemlərindən adıçəkilənlərdən daha yaxşı agah olsun. Amma görünən reallığa nə qədər şirinlik qatmağa çalışsan da  acısı adamın gözlərini yandırır. Cari birincilik ərəfəsində Milana gətirilmiş futbolçuların keçmişi və ad-sanı göz oxşayır. DÇ, ÇL qalibi Ronaldinyo,  DÇ-li Zambrotta,  A seriyasının son bombardirlərindən Boryello, “Aresenal” növbəti tapıntısı fransız Flamini ilə 7 qat Avropa çempionlarının düşərgəsinə gətiriləndən sonra artıq hər kəs   “Milan” adlı qılıncın önünün də, arxasınında qarşısına keçəni doğrayacağını düşünürdü. Üstəlik, rəhbərlik kifayətlənməyib, bir superforvard gətirəcəklərini də bildirdi. Gətirildi. Andrey Şevçenko məşur təbirlə desək, yenidən yuvasına döndü.

Yəqin, hər kəs Şevanın “Milan”ı iki il öncə necə tərk etdiyini xatırlayır. Ukraynalının bərk gedən vaxtlarıydı. “Milan” əfsanəsinə çevrilmiş Şeva birdən Londona köçmək fikrinə düşdü. Daha doğrusu, xanımı Pazik istədi ki, uşaqları ingiliscə təhsil almaq imkanı əldə etsin. Nəticə də böyük rezonansa baxmayaraq “Çelsi”ylə müqavilə bağlayan Şeva İngiltərədə gün keçirməklə məşğul oldu.  Maraqlıdı ki, “Çelsi”yə gəldiyi ilk gündəcə “Zədəgan”ların o vaxtki baş məşqçisi Joze Mourinyo xoxolu istəmədiyini və dolayısıyla Şevanı başqan Abramoviçin transfer etdiyini bildirmişdi. Amma  don Jozedən sonra posta gələn  Qrant və Skolari də 32 yaşlı forvarda güvənmədi.

Belədə ortada qalan Şevçenkoya  yenidən “Milan” sahib çıxdı. Halbuki,  Şevanın qəfil gedişindən sonra hətta xoxolun dostu Kaladze, eyni zamanda Maldini, Seedorf da Şevanı bir daha “Milan”da görmək istəmədiyini bildirmişdi. Amma bu gün Şeva artıq köhnə klubundadır. Hər halda İtaliyada Şevanın birinci hərəkətini unutmayıblar. Axı, klubda hal-hazırda Boryello kimi bombardir, Pato kimi gənc prespektiv, İnzagi kimi təcrübəli forvard var. Üstəlik, Ronaldinyo, Kaka kimi hücumçu kimi çıxış edə biləcək ustaları var. Belədə təbii bir sual meydan çıxır. Belə durumda Şevçenko kimə lazım idi? Bir şei də unutmaq lazım deyil ki, Ançelotti adətən tək hüçumçulu taktiki sxemə üstünlük verir. Ançelotti də arxada qalan 3 turda Şevaya elə də güvənmir. Normaldır. Istedadlı Pato, vuran ayaqlı Boryello duran yerdə unu ələnmiş Şeva kim şans verər? Hər halda ortaya Ançelotti özünün düşməni deyil. Ən uyğun seçimə üstünlük verir. Təsadüfi deyil ki, ilk 2 turdakı məğlubiyyətdən sonra  48 yaşlı mütxəssisin postu laxlamışdı. Deməli, Şevanın “Milan”a qayıdışında Ançelotti də maraqlı olmayıb.  Bütün ipləri birləşdirsək ortaya  bir nəticə çıxır. Nə “Çelsi”yə gedəndə, nə də geri dönəndə slavyan iradəsini ortaya qoya bilməyib. Təəssüfləndirici bir haldır ki, “Milan”ın sabiq bombardiri oyuncağa çavrilib.

Axı, yenidən “Milan”a qaytımaqdansa yetişdiyi “Dinamo”ya qayıtmağı daha ayxşı olardı. Amma bir tək “Milan”a qayıtmamalıydı. Azərbaycanda məşhur olan bir deyimi təkrarlamaq istəmirəm.  Amma Andrey palçığa batmamalıydı. Görəsən, supermodel Pazik Şevanın karyerasını məhv etdiyi üçün vicdan əzabı çəkirmi? İnanmıram. Hər kəsə bəllidi ki, Pazik  Şevanı Londona sosyetik təbəqəyə görə aparmışdı. Abromoviçin indiki xanımıyla əla münasibəti olan Pazik rəfiqəsinə görə Şevanı da ora apardı. Ərinin bütün puluna nəzarət edən Kristina Şevanı “Milan”a qaytardı. Amma artıq Şevçenkonun qatarı getmşdi. Şevanın mindiyi vaqon isə mənzil başına catmayacaq. Maksimum boş qalan oturacağı isitmək üçün. Amma çox isti qalmayacaq. Həmin vaqon. Qatar artıq çoxdan gedib...

 

Paylaş

// pop up