ZƏDƏ EPİDEMİYASI . . .

single-news
6 İyl 2006

ZƏDƏ EPİDEMİYASI . . .



“Qarabağ” Futbol klubu Türkiyədə hazırlığını davam etdirir. Gündəlik iki dəfəlik məşqlər edən klub Hazırlıq oyunlarında da qüvvəsini sınayaraq, xətlə arası çatışmamazlıqlara diqqət yetirir. Bu haqda komandamızın baş məşqçisi Böyükağa Ağayev saytımıza öz fikirlərini bölüşdü: “Hazırlığımız plana uyğun gedir. Dünən daha bir yoldaşlıq görüşündə qüvvəmizi sınadıq. Bu oyunlarda əsas məqsəd heyətdə olan çatışmamazlıları görüb ondan nəticə çıxarmaqdır. Problemlərimiz də var. Bu isə oyunçularımızn zədə problmləridi. Düzdür, burada güclü həkimlər var ki, onların sayəsində heyədəki problemləi qismən həll edirik. Amma Qoqanın zədələnərək UEFA kubokunda komandamıza kömək edə bilməyəcəyi bizim üçün böyük itki heab edirəm...” Xatırladaq ki, Qoqa Beraya iki gün öncə keçirilən məşq zamanı ayağının diz nahiyəsindən zədə almışdır. Yaxn günlərdə futbolçu cərrahiyyə əməliyyatı keçirəcək. Bundan başqa, dünən keçirilən oyunda Mübariz Orucov və Vasif Haqverdiyev də zədələnənlər sırasına qoşuldular. Samir Musayevin dizindəki ağrıları isə həkimlər aradan qaldırmaq üçün səylər göstərirlər... “Qarabağ” sonuncu yoldaşlıq görüşünü sabah “Ankaraspor” klubuna qrşı keçirəcək.

Paylaş