ZƏİF MÜDAFİƏ MƏĞLUBİYYƏTLƏ NƏTİCƏLƏNDİ
ZƏİF MÜDAFİƏ MƏĞLUBİYYƏTLƏ NƏTİCƏLƏNDİ
“Qarabağ” “Xəzər-Lənkəran”la oyuna ənənəvi 4-4-2 sxemiylə çıxmışdı. Geridə mərkəzdə Samir Maksim, cinahlarda isə Hüseyn və İliç oynayacaqdı. Aslan və Namiq yarımmüdafiənin mərkəzində Qoqa isə bir qədər onlardan öndə qərarlaşmışdı. Ön xətt isə Vaqif-Kənan tandemindən qurulmuşdu.
Komandamız matçın ilk təhlükəli hücumunu 3-cü dəqiqəsində Hakanla yaratdı. Türkiyəlinin ötürməsini Samir tamamlaya bilmədi. Oyunun 20-ci dəqiqəsinə qədər qarşılıqlı hücumlar şəraitində keçən görüşdə komandamız 23-cü dəqiqədə hesabı açdı. Meydanın mərkəzində topu ələ keçirən Qoqa Hakanı gördü. Dəmir isə daha əlverişli mövqedə olan Kənanı gördü. Hücumçu isə yaxın küncə dəqiq nişan aldı. 0:1. Çempionluq uğurunda mübarizə aparan “Xəzər-Lənkəran”ı bu hesab qane etmirdi. Buna görə də bütün komanda ilə irəli atılan cənublular 28-ci dəqiqədə istəklərinə çatdılar. Standart vəziyyətdən sonra Zaur Ramazanov bir toxunuşla hesabı bərabərləşdirdi. Gənclərdən qurulmuş komandamız isə təcrübəsizlik baxımından “sındı”. 37-ci dəqiqədə Uzun ötürmə zamanı Ramazanov dublunu rəsmiləşdirdi. Maraqlıdı ki, 3-cü qol da eyni vəziyyətdən vuruldu. Bu dəfə Edmond N`Timoa qola sevindi.
İkinci yarıda baş məşqçi Rasim Kara taktiki sxemi dəyişərək 3-5-2 sisteminə keçdi. Nəticədə Samir Abbasov cinaha çəkildi. Təşəbbüsü ələ alan komandamız aramsız hücumlar qursa da son zərbənin dəqiq olmaması son da qola sevinməyə maneə oldu. Əvəzində əks-hücumlara üstünlük verən qonaqlar bir dəfə də qola sevinə bildilər. Bu dəfə də eyniylə digər qollar olduğu kimi müdafiənin arxasına atılmış topdan sonra Edmond ikici dəfə fərqləndi. Görüşün qalan dəqiqələrində başqa qol olmayınca “Xəzər-Lənkəran” qələbə qazanaraq yenidən liderliyə yüksəldi.




Daha çox və böyük ölçülü fotolar üçün:
FOTOQALEREYA: "QARABAĞ" - XƏZƏR"
Komandaların heyətləri ilə aşağıdakı bölümdən tanış ola bilərsiniz:
