Ziko Rusiyaya gedir
Ziko Rusiyaya gedir
Fənərbaxça"nın sabiq çalışdırıcısı Artur Ziko Moskva ÇSKA-sını çalışdıracaq. Hazırda Özbəkistan "Bunyodkor"unun baş məşqçisi olan brazilyalı mütəxəssis artıq ruslarla prinsipial razılığa gəlib.
Artıq Zikonun hazırkı klubunun prezidentinə müraciət edərək ÇSKA-da işləmək istədiyini dilə gətirdiyi və razılıq aldığı söylənilir. Son formallıqlar bir gün ərzində həllini tapa bilər. Qeyd edək ki, bununla bərabər ruslar İtaliya millisinin sabiq çalışdırıcısı Roberto Donadoni ilə də danışılqar aparmışdı. Amma Ziko variantı daha realdır.
Xatırladaq ki, braziliyalı çalışdırıcı "Fənərbaxça"da çalışdığı iki ildə ölkə çempionluğunu qeyd etməklə yanaşı istanbulluları Çempionlar Liqasının 14 final mərhələsinə çıxarmışdı. Lakin yayda fikir ayrılığı səbəbindən qardaş ölkəni tərk etmək məcburiyyətində qalmışdı.