“Zimbru” 90 dəqiqə oynaya bilmir? (futbol+, 08.07.2006)

single-news
8 İyl 2006

“Zimbru” 90 dəqiqə oynaya bilmir? (futbol+, 08.07.2006)



“Qarabağ”ın UEFA kubokundakı rəqibi “Zimbru”nun bazar ertəsi Moldova çempionatında ilk oyununu keçirdiyini xəbər vermişdik. Yeni mövsümə Kişinyovdakı stadionda başlayan İvan Tabanovun yetirmələri ilk turda elitaya birinci dəstədən gələn “İskra-Stal”ı yenə bilməyib. Meydana sonradan daxil olan Kirillov sona 17 dəqiqə qalmış meydan sahiblərini irəli çıxarsa da, üçüncü uzatma dəqiqəsində Qerin bərabərlik qolunu vurub. “Zimbru”nun məşqçisi Vlad Qoyan matçdan sonra oyunçularına köklənmənin kifayət qədər olmadığını vurğulayıb. Əvvəl hücum, sonra müafiədə bunun hiss olunduğunu qeyd edən çalışdırıcı son qolda kobud səhvin olmasını və futbolu 90 dəqiqə oynamağın vacibliyini xatırladıb. Şənbə günü həmşəhərliləri “Daçiya”nın qonağı olacaq “Zimbru” son matçı bu heyətlə keçirib: Kalançya, Bulqaru, Amarandey, M.Stan, Petrosyan (Kirillov, 72), Bukuroaya (Frantsuz, 46), Lapiç, Radnik (Pınzaru, 82), Kojokar (Aleksanyan, 57), Belaşa, Popesku.

Paylaş

// pop up