"ZİMBRU" MOLDOVA - TANITIM
24 İyn 2006
"ZİMBRU" MOLDOVA - TANITIM
Moldovanın "Zimbru" klubu ölkənin ən tanınmış klubudur. Hələ sovet dönəmində ölkəni məhz bu klub təmsil etdiyini nəzərə alsaq, "Zimbru"nu Moldovanın flaqmanı da adlandırmaq olar. Müxtəlif vaxtlarda müxtəlif adlarla çıxış edən klub 1972-1990-cı illərdə "Nistru", 1991-ci ildən isə "Zimbru" kimi çıxış etməyə başlayıb. 1947-ci ildə yaranan "Zimbru" müstəqillik dönəmindən keçən 15 il ərzində 8 dəfə ölkə çempionu tituluna yiyələnmişdir. Dord qat ölkə çempionu titulu da məhz "Zimbru"ya məxsusdur.
Avropada 42 görüş keçirən komanda bunun tən yarısında meydandan məğlub kimi ayrılıb. Lakin 1999-00 və 2000-01 mövsümlərində üç mərhələ adlayaraq Moldova tarixində ilkə də imza atmağı bacarıb.
Heyət əsasən rumınlardan təşkil olunmuşdur. Legionerlərin olmasına baxmayaraq, elə də səviyyəli futbolçular heyətində olmayan Moldovanlar iki erməninin də xidmətindən yararlanırlar. Ermənistan yığmasının üzvləri olan bu futbolçular yəqin ki klublarına yalnız ev oyununda kömək etməyə çalışacaqlar.
Son öklə çempionatında ikinci yeri tutmaqla UEFA-ya vəsiqə qazanan "Zimbru" çempiondan 18 xal geri qalmışdısa, üçüncü yerin sahibi "Tiraspol"u isə 16 xal geridə buraxa bilmişdir.
Bombardirlər siyahısında klubun üzvü Sergey Kirilov 11 topla ikinci yeri tutmuşdur.
Moldova klubunun rəsmi saytında müsahibə verən Baş Məşqçi İgor Tabanovun fikirləri: "Püşkatmanı normal qarşıladım. Düzdür, Azərbaycan futbolu haqqında elə də böyük bilgim olmasa da, texnikalı futbola üstünlük verdiklərini bilirəm. Hər halda ölkə kubokuna sahib çıxmışlarsa, onların səviyyəsindən xəbər verir..."
Klubun rəsmi rəngi sarı-yaşıldır.
13 iyulda keçiriləcək oyun Kişinyov şəhərində klubun təzə istifadəyə veriləcək stadionunda baş tutacaq.