“Zirə” ilə 35-ci duel

single-news
10 May 2024

“Zirə” ilə 35-ci duel



“Qarabağ” sabah Misli Premyer Liqasında növbəti oyununu keçirəcək. Komandamız XXXIV turun matçına çıxacaq. Qurban Qurbanovun yetirmələri evdə “Zirə” ilə görüşəcək.
 
“Qarabağ” qəsəbə klubu ilə Premyer Liqa çərçivəsində 35-ci dəfə üz-üzə gələcək. İndiyədək rəqiblər 34 dəfə üz-üzə gəlib.
 
Hesabında 22 qələbə olan Ağdam klubu 11 heç-heçə edib və yalnız bir dəfə meydanı xalsız tərk edib. 69 qol vuran futbolçularımız öz qapısından 17 top buraxıblar.
 
“Qarabağ” 17 səfər oyununda 13 qələbə əldə edib. Digər 4 matçda bərabərlik qeydə alınıb. Rəqib meydanında 42 qola imza atan futbolçularımız 6 top buraxıblar.
 
Qeyd edək ki, mayın 11-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.

17.10.2015. Qarabağ - Zirə - 4:1
13.12.2015. Zirə - Qarabağ - 0:0
05.03.2016. Qarabağ - Zirə - 2:0
01.05.2016. Zirə - Qarabağ - 0:2
19.09.2016. Qarabağ - Zirə - 2:0
06.11.2016. Zirə - Qarabağ - 0:2
08.02.2017. Qarabağ - Zirə - 2:0
19.03.2017. Zirə - Qarabağ - 0:0
01.10.2017. Qarabağ - Zirə - 0:0
26.11.2017. Zirə - Qarabağ - 2:3
10.03.2018. Qarabağ - Zirə - 2:0
27.04.2018. Zirə - Qarabağ - 1:2
26.09.2018. Qarabağ - Zirə - 3:2
09.12.2018. Zirə - Qarabağ – 0:6
09.03.2019. Qarabağ - Zirə - 0:0
27.04.2019. Zirə - Qarabağ – 0:3
23.09.2019. Zirə - Qarabağ – 1:3
10.11.2019. Qarabağ – Zirə - 1:1
15.02.2020. Zirə - Qarabağ – 0:6
25.10.2020. Zirə - Qarabağ – 0:0
24.12.2020. Qarabağ - Zirə - 3:2
09.03.2021. Zirə - Qarabağ - 0:2
04.05.2021. Qarabağ - Zirə - 1:1
15.08.2021. Zirə - Qarabağ - 1:1
16.12.2021. Qarabağ - Zirə - 2:0
19.03.2022. Zirə - Qarabağ - 0:3
08.05.2022. Qarabağ - Zirə - 0:0
18.09.2022. Zirə - Qarabağ - 1:7
28.11.2022. Qarabağ - Zirə - 0:0
19.02.2023. Zirə - Qarabağ - 0:1
21.04.2023. Qarabağ - Zirə - 2:2
05.08.2023. Qarabağ - Zirə - 0:1
24.12.2023. Zirə - Qarabağ - 0:1
10.03.2024. Qarabağ - Zirə - 3:1

Paylaş