“Zirə” - “Qarabağ” matçında Səbuhi Bayramov

24 Apr 2019
“Zirə” - “Qarabağ” matçında Səbuhi Bayramov
Azərbaycan Premyer Liqasının XXVI turunun hakim təyinatları açıqlanıb.
“Qarabağ”ımızın səfərdə qarşılaşacağı "Zirə" ilə matçı Səbuhi Bayramovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Müslüm Əliyev və Eyyub İbrahimov kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi isə Rövşən Rəcəbovdur.
Qeyd edək ki, “Zirə” – “Qarabağ” oyunu aprelin 27-si, saat 16:30-da start götürəcək.
27 aprel
16:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu