"Zirə" - "Qarabağ"ımız 0:0

single-news
25 Okt 2020

"Zirə" - "Qarabağ"ımız 0:0



Bu gün Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub. Turun son matçında "Qarabağ"ımız səfərdə "Zirə"nin qonağı olub. Komandamız ilk hissədə topa nəzarəti alsa da, qol fürsətlərini boşa verib. İkinci hissəyə də komandamız sürətli başlayıb. Matçın 60-cı dəqiqəsində Abdullah Zubir və Filip Ozobiçin oyuna qoşulmasından sonra komandamız təhlükəli qol epizodları yaratsa da, bunlardan istifadə edə bilməyib. Matçın 68-ci dəqiqəsində isə komandamızın heyətində Rahil Məmmədov ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qarşılaşmada qalan dəqiqələrində qol vurulmayıb və qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Paylaş

// pop up