"Zirə" - "Qarabağ"ımız 0:3

27 Apr 2019
"Zirə" - "Qarabağ"ımız 0:3
Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun oyunlarına start verilib.
"Qarabağ"ımız səfərdə "Zirə"ylə qarşılaşıb. Oyuna sürətli başlayan komandamız 21-ci dəqiqədə Dani Kintananın qoluyla hesabı açıb. 28-ci dəqiqədə Filip Ozobiç komandamızın ikinci qolunu vurub. İlk hissə komandamızın 2:0 hesablı qələbəsiylə başa çatıb. Matçın 79-cu dəqiqəsində komandamız üçüncü qolu vurub. Mahir Mədətov yekun hesabı müəyyənləşdirib - 0:3.