"Zirə" - "Qarabağ"ımız 0:6

"Zirə" - "Qarabağ"ımız 0:6
Bu gün Azərbaycan Premyer Liqasında XIV turun oyunları keçirilib. "Qarabağ"ımız səfərdə "Zirə"nin qonağı olub. Oyuna sürətli başlayan komandamız matçın 29-cu dəqiqəsində hesabı açıb. Kintana dəqiq zərbəylə topu qapıya göndərib. Bu qoldan 5 dəqiqə sonra Kintana həm özünün, həm də komandamızın ikinci qolunu vurub. Matçın 42-ci dəqiqəsində isə Mahir Mədətov hesabı 3:0 edib. İkinci hissəyə də sürətli başlayan komandamız 52-ci dəqiqədə Kintanayla fərqi 4-ə çatdırıb. Matçın 82-ci dəqiqəsində Miçel hesabı 5:0 edib. Oyuna əlavə olunmuş 1-ci dəqiqədə isə Araz Abdullayevin ötürməsini rəqib müdafiəçi öz qapısına göndərib. və komandamız bu matçdan 6:0 hesablı qələbə qazanıb. "Qarabağ"ımız mövsümün ilk yarısını 30 xalla ikinci pillədə tamamlayıb.
17:00. "Zirə” – "Qarabağ” - 0:6
Qol: Dani Kintana, 29, 34, Mahir Mədətov, 42, Dani Kintana, 56, Miçel, 82, İlkin Qırtımov, 90+1-avtoqol.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
"Dalğa Arena”