"Zirə" - "Qarabağ"ımız 0:6

single-news
15 Fev 2020

"Zirə" - "Qarabağ"ımız 0:6



Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start verilib. Turun ilk matçında "Qarabağ"ımız səfərdə "Zirə"nin qonağı olub. Oyuna sürətli başlayan komandamız matçın 4-cü dəqiqəsində hesabı açıb. Filip Ozobiçin künc zərbəsindən ötürməsini Bədavi Hüseynov başla tamamlayıb. Bu qoldan 7 dəqiqə sonra isə Xayme Romero Abdullah Zubirin dirəkdən dönən zərbəsini qapıdan keçirərək hesabı 2:0 edib. 3 dəqiqə sonra isə Mahir Emreli rəqib qapısından komandamızın üçüncü qolunu vurub. Oyunun 28-ci dəqiqəsində isə Mahir Emrelinin cinahdan ötürməsini Ailton Silva başla tamamlayıb və ilk hissə komandamızın 4:0 hesablı qələbəsiylə başa çatıb. İkinci hissəyə də sürətli başlayan komandamız Abdullah Zubirlə hesabı 5:0 edib. Oyunda son nöqtəni isə matçın 85-ci dəqiqəsində Maqaye Qeye qoyub və qarşılaşma komandamızın 6:0 hesablı qələbəsiylə başa çatıb.

 

15:00. “Zirə” –“ Qarabağ” - 0:6
Qollar: 
Bədavi Hüseynov, 4, Xayme, 11, Mahir Emreli, 14, Ailton, 28, Zubir, 61, Qeye, 85

Paylaş