ZİRVƏDƏN QOPMAMAQ UĞRUNDA SAVAŞ (FUTBOL DÜNYASI, 15.04.2006)

single-news
15 Apr 2006

ZİRVƏDƏN QOPMAMAQ UĞRUNDA SAVAŞ (FUTBOL DÜNYASI, 15.04.2006)



XXI turun ən maraqlı görüşü heç şübhəsiz ki, Suraxanı qəsəbəsindəki T.İsmayılov adına stadionda keçiriləcək. İkinci dövrədə digər elita təmsilçilərinin böhran yaşamasından məharətlə yararlanaraq sıralarını gücləndirən ağdamlılar ölkə çempionatında zirvə uğrunda mübarizə aparmır. İndi bu klubun qarşısında duran əsas məqsəd ölkə kubokunda irəliləmək ölkə birinciliyini turnir cədvəlinin orta sıralarında başa vurmaqdır. "Qarabağ" milli çemponatın sonuncu turunda gözlənilmədən "Şahdağ"a öz meydanında 0:1 hesabı ilə məğlub olmaqla azarkeşlərinə şok yaşatdı. Bu nəticə həm də ona görə gözlənilməz oldu ki, Qusar təmsilçisi ikinci dövrədəki ilk qələbəsini məhz Bakıda almış oldu. İndi komandanın əsas məqsədi "İnter"i büdrətməklə ötənhəftəki məğlubiyyət acısını unutdurmaq olacaq. Bakı təmsilçisi isə, çətinliklə qoşulduğu zirvə mübarizəsindən geri qalmamaq üçün çalışacaq. Ancaq komanda bu görüşə Yevgeni Kotovsuz çıxacaq. Belə ki, müdafiəçi "Gənclərbirliyi" ilə görüşdə dizindən zədə alıb və onun yaşıl meydana qayıdışı bir həftə sonraya təsadüf edə bilər.

Paylaş