Zubir 100-cü oyununu keçirdi

single-news
22 Fev 2021

Zubir 100-cü oyununu keçirdi



Abdullah Zubir “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib. O, yubiley oyununu Azərbaycan Premyer Liqasının 16-cı turunda "Sumqayıt"la səfər qarşılaşmasında keçirib.

 

29 yaşlı yarımmüdafiəçi bu oyunlarda 19 qol vurub, 30 məhsuldar ötürmə edib.

 

Zubir komandamızda ilk matçını 2018-ci il iyulun 11-də Çempionlar Liqasının I təsnifat mərhələsinin “Olimpiya” (Sloveniya) ilə səfər oyununda keçirib.

Paylaş