Zubir komandamızda 150-ci oyununu keçirib
14 Apr 2022
Zubir komandamızda 150-ci oyununu keçirib
Abdullah Zubir Premyer Liqanın 22-ci turunda "Sumqayıt" ilə qarşılaşmada "Qarabağ"ımızda 150-ci oyununa çıxıb.
Zubir komandamızda 2018-ci ildə debüt edib. Yarımmüdafiəçimiz bu qarşılaşmalarda 35 qol vurub, 40 məhsuldar ötürmə edib.
