Asif Əsgərov

İdarə Heyətinin üzvü


1981-ci ildə anadan olub. Azərbaycan Dovlət Neft Akademiyasının Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. Eyni zamanda Stokholm Biznes Universitetinin İdman Menecmenti fakültəsinin də məzunudur. 2004-cü ildən "Qarabağ" Futbol Klubunda işləyir. Klubun İdarə Heyətinin üzvüdür. 2017-ci ildən Avropa Klublar Birliyinin İşçi Qrupunun üzvü, 2019-cu ildən isə İşçi Qrupunun katibi, 2023-cü ildən İdarə Heyətinin üzvüdür. 2023-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalına layiq görülüb. Onun klubda çalışdığı illərdə komandamız 10 dəfə Azərbaycan çempionu (2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24), 7 dəfə ölkə kubokunun (2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24) qalibi olub, ardıcıl 11 dəfə avrokubokların əsas mərhələsinə, bir dəfə Çempionlar Liqasının qrupuna, bir dəfə Avropa Liqasının 1/8 finalına yüksəlib.

Asif Əsgərov
// pop up