QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Kəpəz` `Qarabağ`a rəqib oldu

Azərbaycan kubokunda 1/16 final mərhələsinin oyunlarına start verilib.
Birinci divizion klubu `Qala` öz meydanında Premyer Liqa təmsilçisi `Kəpəz`i qəbul edib. Mahmud Qurbanovun baş məşqçisi olduğu `Kəpəz` komandası bu görüşün əsas favoriti hesab olunurdu. Gəncə təmsilçisi rəqibini 4:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksələn ilk komanda olub.

`Kəpəz` 1/8 finalda `Qarabağ`la qarşılaşacaq.
22 oktyabr (bazar ertəsi)
Azərbaycan kuboku, 1/16 final
17:00. `Qala` – `Kəpəz` - 2:4
Qollar: Yuri Fomenko, 2 (0:1), 13 (0:2), 59 (0:4), Bəxtiyar Soltanov, 45 (0:3), Bəxtiyar Fəzai, 81 (1:4), 85 (2:4)
Zirə qəsəbə idman kompleksinin stadionu.