QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Fənər` 2 addım öndə
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Portuqaliyada `Benfika` `Nyukasl`ı qəbul edib. Hesabı qonaqlar açsa da portuqaliyalılar rəqib qapısından 3 top keçirərək qalib gəlib – 3:1. `Çelsi` isə öz meydanında `Rubin`lə münasibətlərinə aydınlıq gətirib. İngiltərədə keçirilən matç da ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. `Tottenhem` öz meydanında `Bazel`i sınağa çəkib. İngilislərlə mübarizə aparan İsveçrə təmsilçisi hesabda irəlidə olsa da, qələbə hesabını qoruya bilməyib – 2:2. Türkiyənin yarışdakı təmsilçisi `Fənərbaxça` öz meydanında `Latsio`nu qonaq edib. İlk hissə qolsuz bərabərliklə başa çatsa da `sarı-lacivərtlilər` Vebo və Kuytun qolları ilə qələbəyə sevinən tərəf olub – 2:0. Avropa Liqası 1/4 final, ilk oyunlar 4 aprel `Benfika` (Portuqaliya) – `Nyukasl` (İngiltərə) – 3:1 Qollar: Kisse 12, Rodriqo 25, Lima 65, Kordozo 70-pen `Çelsi` (İngiltərə) – `Rubin` (Rusiya) – 3:1 Qollar: Torres 16, 70, Movses 32, Naço 41-pen `Fənərbaxça` (Türkiyə) – `Latsio` (İtaliya) – 2:0 Qol: Vebo 79-pen, Kuyt 90+1 Qırmızı vərəqə: Onazi, 48 (`Latsio`) `Tottenhem` (İngiltərə) – `Bazel` (İsveçrə) – 2:2 Qollar: Stoker 30, Frey 34, Adebayor 40, Siqurdson 58.