QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Zalsburq` 2-0 `Qarabağ`

Bildiyiniz kimi bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları start götürəcək.İlk görüşdə Avstriya çempionu `Zalsburq`u 2-1 hesabı ilə məğlub edən komandamız bu axşam cavab oyununa çıxacaq.Görüş Bakı vaxtı ilə 23:30-da başlayacaq.Oyunu saytımızı və facebook səhifəmiz vasitəsilə canlı şərh edəcəyik. (www.fb.com/FKQarabagh)

 

"Zalsburq": Peter Qulaçsi, Peter Ankersen, Andreas Ulmer, Martin Hintereqqer, Andre Ramalho, , Sadio Mane, İlsanker, Kristof Leitqeb, Kevin Kembl, Conatan Soriano (k), Alan

Ehtiyat oyunçular: Aleksandr Valke, Marsel Sabitzer, Nabi Keyta, Franz Şiemer, Valentino Lazaro, Massimo Bruno, Nils Quaşner

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedyev, Rəşad Sadıqov (k), Ansi Aqolli, İlqar Qurbanov, Bədavi Hüseynov, Danilo Dias, Riçard Almeyda, Leroy Corc, Vüqar Nadirov

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Tərlan Quliyev, Çumbinyo, Muarem Muarem, Namiq Yusifov, Cavid Tağıyev, Hacı Əhmədov

 

I hissə

1` Və budur tarixi oyun başladı ! Uğurlar `Qarabağ` !

8` Oyun `Zalsburq`un ərazi üstünlüyü şəraitində davam edir.

10` Riçard Almeyda kobud oynayaraq rəqibə əlverişli nöqtədən cərimə zərbəsi qazandırdı.

12` Soryano qapımıza təhlükəli zərbə endirdi amma zərbə dəqiq olmadı və eyni zamanda Şotlandiyalı yan xətt hakiminin bayrağı havada idi.

14` Ilqar Qurbanov yerdə qalıb,həkimlər meydana daxil oldu.

16` Oyunda ilk küncdən zərbəni `Qarabağ`ımız yerinə yetirəcək.

17` Diasın küncdən ötürməsini Maksim qapıya göndərdi amma qapıçı Peter inamlı çıxış ilə topu ələ keçirdi.

18` Və qol,rəqib hesabı açdı.Martin Hinteregger başla effektli zərbə endirdi və hesabı açdı.

21` Leroy Corc sürət yığaraq irəlilədi amma ona qarşı sərt oyun oldu,buna baxmayaraq hakimin fiti səslənmədi.

23` Komandamız hücum qurmağa çalışır amma həyəcanlı oyun buna mane olur.

25` Kevin Kampel topu özündən çox aralı buraxdı və topu itirdi.

27` Vüqar Nadirovvv amma qapıçı yerindədir və topu asanlıqla dəf etdi.

29` Leroy Corc sağ cinahda irəliləsədə qaydanı pozaraq hücumumuzu yarıda qoydu.

30` `Zalsburq` təhlükəli hücuma çıxıb.Alanın ötürməsi amma Soriyano oyundan kənar vəziyyətdədir.

31` Vüqar Nadirov daha bir zərbə endirdi amma yenədə Peter yerində idi.

32` Maksim Medvedev sərt oynadığına görə sarı vərəqə ilə cəzalandırıldı.

33` Martin Hinteregger dubl etdi.Boş mövqeydən topu asanlıqla qapımıza göndərdi.

35` Daha bir sarı vərəq Danilo Diasa göstərildi.`Salzburq` təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirəcək.

36` Bravo Şehiç.Müdafiəçilərimiz topu uzaqlaşdıra bilmədi və `Zalsburq` komandası küncdən zərbə qazandı.

41` Hesab 2-0 rəqibin xeyirinədir.Oyunumuz hələki alınmır.

42` Bəxtimiz gətirdi bu epizodda.Alan oyundan kənar vəziyyətdə olsada hakimin bayrağı havaya qalxmadı amma xoşbəxtlikdən top qapımızdan aralı keçdi.

45`+1` İlk hissənin əsas vaxtı başa çatdı.İlk hissəyə bir dəqiqə əlavə olundu.

46` İlk hissə başa çatdı.İlk hissədən sonra 2-0 hesabı ilə `Zalsburq` öndədir.

 

II hissə

45` İkinci hissə başladı ! Uğurlar `Qarabağ` !

47` Komandamız əks hücum şansı əldə etdi amma rəqib müdafiə hücuma mane oldu.

50` Leroy Cooooorc amma zərbə dəqiq olmadı. 

54` Qurban Qurbanov ilk əvəzləmədən istifadə etdi.Danilo Dias Çumbinyo ilə əvəzləndi.

58` `Zalsburq`un ardı arası kəsilməyən hücumları davam edir,komandamız hal hazırda müdafiə olunur.

60` Alanın zərbəsi tirin üzərindən keçdi.

60` Məcburi əvəzləmə etdik,Maksim Medvedev zədə səbəbindən oyunu davam etdirə bilmədi,onun əvəzinə meydana Tərlan Quliyev daxil oldu.

61` Küncdən zərbə zamanı ənənəvi ev tapşırığından istifadə edə bilərdik amma Leroy Corc bunu pozdu.

65` Komandamız hücum qurmağa çalışır,topu özümüzdə saxlamağa çalışdıq amma Tərlanın ötürməsi dəqiq olmadı.

67` Kevin Kampelin ideal zərbəsini İbrahim Şehiç möhtəşəm sıçrayışla dəf etdi.

70` Şehiç komandamızın xilaskarı sayıla bilər.

73` `Salzburq`un heyətində ilk əvəzetmə olacaq.Nabi Keyta İlsankerin əvəzinə meydana daxil oldu.

74` Bədavi Hüseynov komandamızı real qoldan xilas etdi.

74` Leroy Corc daha bir real qol şansımızı boşa verdi.

76` Kobud oyuna görə Tərlan Quliyev sarı vərəqə ilə cəzalandırıldı.

78` Şehiç komandamızı daha bir qoldan xilas etdi.Bu günün qəhrəmanı İbrahim Şehiçdir.

80` Son 10 dəqiqə komandalar meydanda mübarizə aparacaq,bir qol hər şeyi dəyişə bilər.

85` `Zalsburq`un heyətində daha bir dəyişiklik. Kampelin əvəzinə Bruno oyuna daxil oldu.

88` Namiq Yusifov sərt oynadığına görə sarı vərəqə ilə cəzalandırıldı.

90` Oyunun əsas vaxtı başa çatdı.Əsas vaxta 4 dəqiqə əlavə olundu.

90+4` Oyun başa çatdı.`Qarabağ` Çempionlar Liqasında mübarizəni dayandırdı amma Avroliqanın Play-off mərhələsində mübarizəni davam etdirəcək komandamız.