QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ımız "Lexiya"yla heç-heçə etdi

Bu gün “Qarabağ”ımız Antalyada qış təlim-məşq toplanışı zamanı ikinci yoxlama oyununu keçirib. Komandamız Polşanın “Lexiya” klubuyla qarşılaşıb. Qarşılaşmadan öncə 20 Yanvar şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və komandamız matça qara sarğıyla çıxıb. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə komandamız qolla başlayıb. 58-ci dəqiqədə Ağabala Ramazanovun qapıçı dəf edib, qayıdan topu Dani Kintana tamamlayıb. Matçın qalan dəqiqələrində komandamız fərqlənməyə yaxın olsa da, bu imkanlardan istifadə edə bilməyib. 86-cı dəqiqədə isə rəqib hesabı bərabərləşdirib. Və matç 1:1 hesabıyla başa çatıb.