QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: "Çempionatın ən sürətli qarşılaşmalarından biri idi"

Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə “Neftçi” ilə bərabərə qalan (0:0) “Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında oyun haqda fikirlərini bildirib:

“Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Çempionatın ən sürətli qarşılaşmalarından biri idi. Həm toplu, həm də topsuz hər iki komanda çox aktiv oyun sərgilədi. “Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram. Azarkeşlər də sona kimi komandalarını dəstəklədilər. Komandamın oyunundan razı qaldım”.