QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Van der Sar `Ayaks`a getdi
Hollandiyanın əfsanəvi qapıçılarından olan Edvin Van der Sar özünə yeni iş yeri tapıb.
Bütün təkidlərə baxmayaraq ötən mövsüm futbolçu karyerasını başa vuran Van der Sar yenidən `Ayaks`a qayıdıb.
`Mançester Yunayted`in sabiq qolkiperi Amsterdam təmsilçisinin baş direktoru təyin olunub. 42 yaşlı Van der Sar vəzifəsinin icrasına gələn həftədən başlayacaq.
Qeyd edək ki, Van der Sar 1990-1999-cu illərdə `Ayaks`ın şərəfini qoruyub.
Edvin karyerasını `Mançester Yunayted`də bitirib.