QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Milli ilk qələbəsini qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası 2013-cü ildə növbəti yoxlama oyununu keçirib.
Fevralın 1-də Özbəkistanla oyunda bərabərə qalan (0:0) millimiz bu gün Lixtenşteyn komandası ilə qarşılaşıb.
Oyun Bakı vaxtı ilə saat 18.00-da başlayb.

Milli komandamızın üstünlüyü şəraitində keçən oyunda komandamız 1:0 hesabıyla qalib gəlib.
Xatırladaq ki, bugünədək millimiz Lixtenşteynlə müxtəlif vaxtlarda dörd dəfə rəsmi oyunda üz-üzə gəlmişdi. Bu qarşılaşmalardan ikisində yığmamız, birində isə Lixtenşteyn qələbə qazanmışdı, bir oyun heç-heçə nəticələnmişdi.
 
18.00. Azərbaycan – Lixtenşteyn - 1:0

Qol: Vaqif Cavadov, 75-pen. (1:0)

Baş hakim: Abdulla Əl Ajel
Baş hakimin köməkçiləri: Həsən Sukatri, Yasim Abdulla
Dördüncü hakim: Hamed Əl Şaik (Hamısı Birləşmiş Ərəb Əmirlikləri)

Azərbaycan: Səlahət Ağayev, Bədavi Hüseynov, Vurğun Hüseynov, Rasim Ramaldanov, Maksim Medvedev, Elvin Məmmədov, Vüqar Nadirov, Cihan Özkara, Rəşad Sadiqov, Rüfət Dadaşov, Rauf Əliyev (k)

Görüşün 52-ci dəqiqəsində Rəşad Sadiqov penaltidən yararlana bilməyib.